“Diqqətli sürücü” Yol hərəkəti qaydalarının təşviqi layihəsi keçirilib - FOTO
Öyrənək 24 Avqust 2017 11:09 2289 dəfə oxunub
“Diqqətli sürücü” Yol hərəkəti qaydalarının təşviqi layihəsi keçirilib - FOTO
Diqqətsizliyin necə böyük dəhşətli qəzaya səbəb ola biləcəyi diqqətə çatdırılır

“Azərbaycan İnkişaf Mərkəzi” Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Diqqətli sürücü” Yol hərəkəti qaydalarının təşviqi layihəsini həyata keçirib. Layihənin məqsədi sürücüləri və piyadaları daha diqqətli olmağa, sükan arxasında daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmaları üçün və bunun nəticəsində baş verəcək qəzaların baş verməməsi üçün maarifləndirməkdir. Bu məqsədlə hazırlanan video-çarxda kiçik bir səhvin, diqqətsizliyin necə böyük dəhşətli qəzaya səbəb ola biləcəyi diqqətə çatdırılır.

Videoçarxın təqdimat mərasimində çıxış edən Avtosfer.az portalının redaktoru Orxan Əli bildirib ki, sürücülər sükan arxasında daha diqqətli və ehtiyatlı olmalı, baş verə biləcək təhlükələrdən qorunmalıdırlar. Redaktor yol-hərəkəti qaydaları, sürücülərin əməl etməli olduğu vacib məqamlar barədə danışıb. Həmçinin təqdim edilən videoçarxın bu istiqamətdə faydalı olacağını qeyd edib.

Tədbirdə iştirak edən gənclərin yol hərəkəti qaydaları haqqında sualları cavablandırılıb.

 

Fərid

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh