Polis rəisi ağır qəzaya düşdü: 2 ölü, 2 yaralı - FOTOLAR

Yol polisi 30 Noyabr 2017 11:29 Oxunub 13467
Polis rəisi ağır qəzaya düşdü: 2 ölü, 2 yaralı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Nissan" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində "Nissan" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. 90 AP 222 dövlət nömrə nişanlı, "Nissan” və 12 BE-706 dövlət nömrə nişanlı, "VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb. Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh