Azercell-dən daha bir aldadıcı kampaniya – Eşidin, inanmayın - VİDEO

Xəbərlər 30 Noyabr 2017 13:53 Oxunub 4730
Azercell-dən daha bir aldadıcı kampaniya – Eşidin, inanmayın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Balansa nə qədər pul yükləsən o qədər də hədiyyə var, amma baxın görün necə aldanırsınız...

Son günlər "Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır. Bu dəfə isə abonentləri aldatmaq üçün keçirilən kampaniyanın əsl mahiyyətini Avtosfer.az ifşa edib. Şirkət öz abonentlərinə mesaj göndərərək bildirib ki, "Azercellden HEDIYYE! Yalniz bu gun balansina en azi 5 AZN yukle, ikiqatini pulsuz al!". Avtosfer.az xəbər verir ki,bu məlumatı oxuyan abonentlərdən biri "Azercell"-in müştəri xidmətlərinə zəng edərək balansı 100 manat civarında artıranda onun ikiqatının pulsuz verilib-verilməməsi barədə sual ünvanladıqda, operator suala cavab olaraq qeyd edib ki, 100 manat civarında balans artırıldıda həmin məbləğin ikiqatı verilir,amma həmin pulsuz verilən məbləğ 3 gün ərzində şəbəkədaxili zənglər üçün qüvvədə olur. Abonent operatorun bu cavabından qəzəblənərək bunun saxtakarlıq olduğunu və göndərilən mesajda istehlakçıların hüquqlarının pozulduğunu bildirib. Operator isə göndərilən mesajda saxtakarlığın olmadığını qeyd edib. Lakin səhəri gün "Azercell" şirkəti abonentin şikayətinin haqlı olduğunu və göndərdikləri mesajın qanunsuz olduğunu nəzərə alıb səhvlərini düzəldərək mesaj göndərdikdə kampaniyanın şərtlərini də açıqlayıblar.

Göndərilən mesajda kampaniyanın şərtlərinin açıqlanmaması həqiqətən də abonentin aldadılmasına gətirib çıxarır. Çünki bu şərtlərdən məlumatsız olan abonent mesajı gördükdə balansını artıraraq onun ikiqatını əldə edir və üç gündən sonra məlum olur ki, bu kampaniya yalnız üç gün müddətində şəbəkədaxili zənglər üçün qüvvədə olub. Beləliklə də, abonent aldadılmış olur. Elə bu cür hallara görə abonentlərin operatorlara qarşı olan inamları kəskin şəkildə azalır.

Qeyd olunan məsələ ilə bağlı abonentin opertorla danışığını, göndərilən qanunsuz mesajın və sonradan düzəliş olunmuş mesajın fotoşəkillərini sizə təqdim edirik.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Kamil 2 Dekabr 2017 11:38
Qeribedir ki , ayda abunecinin cibinden 20-30manat xebersiz cixaran Narmobile haqqinda hec bir sayt hec ne yazmir. Hami dusub azercellin uzerine. men sexsen nardan azercellee dasimisam nomremi ve cox raziyam. musteri xidmeetleri ile danissanda hec olmasa azercell artiq sms ve abunelikleri dayandairir birdefelik