Bu taksilərdən istifadə edənlər vergi ödəyəcək - Bu gündən - VİDEO

Qaydalar 30 Noyabr 2017 22:25 Oxunub 1590
Bu taksilərdən istifadə edənlər vergi ödəyəcək - Bu gündən - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kartla ödənişlərdə getdikləri yolun xərcindən əlavə də 18 faiz vergi ödəyəcəklər

Onlayn sifariş qəbul edən taksilər üçün 18 faiz əlavə dəyər vergisinin tətbiqinə başlanılır. Avtosfer.az-ın məlumatına görə, dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı müştərilərdən əlavə pul tutulacaq. 2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətləri tərəfindən ölkə ərazisində göstərilən xidmətlərə 18% dərəcəsi ilə əlavə dəyər vergisi bu ilin əvvəlindən tətbiq edilməli idi. 

Lakin texniki məsələlərə görə proses gecikdiyindən ödəniş zamanı əlavə dəyər vergisi tələb olunmurdu. Dekabrın 1-dən etibarən isə xarici taksi şirkətlərindən istifadə edənlər kartla ödənişlərdə getdikləri yolun xərcindən əlavə də 18 faiz vergi ödəyəcəklər. Yeni qərarın tətbiqi ilə bağlı bütün banklar və kart prosessinq şirkətlərinə məlumat verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh