Avtobus qəzalarının sayı azalıb

Yeniliklər 19 Dekabr 2014 13:05 Oxunub 1378
Avtobus qəzalarının sayı azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlik rəsmisi: “Müvafiq tədbirlər görülür”

Bu ilin 10 ayında avtobus və yük avtomobilləri ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Avtosfer.az xəbər verir ki, bu sözləri AzərTAc-a Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov bildirib. Onun sözlərinə görə, davamlı olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları istiqamətində zəruri tədbirlər həyata keçirilir: “Sərnişin və yük daşımalarında fəaliyyət göstərən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol verilmiş qayda pozuntuları Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aşkar olunur və Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən araşdırılaraq pozuntuya yol vermiş daşıyıcılara qarşı müvafiq tədbirlər görülür. Ötən 10 ayda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz, yaralananların sayı isə 7,9 faiz azalıb”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh