Qırıcı dizaynında avtomobil istehsal olundu - VİDEO

Avtodünya 2 Dekabr 2017 10:11 Oxunub 1416
Qırıcı dizaynında avtomobil istehsal olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin bu buraxılışı "Ulduz müharibəsi" layihəsinin 8-ci seriyasına həsr edilib

"Nissan" avtomobil şirkəti son dövrlərin trend layihəsi - "Ulduz müharibəsi" çərçivəsində fantastik avtomobil istehsal edib. Avtosfer.az xəbər verir ki, avtomobilin konsepti nəhəng "TIE Fighter" qırıcısının dizaynını xatırladır.

http://fakty.ictv.ua/wp-content/uploads/2017/11/29/4-2.jpg

2018-ci il üçün hazırlanan model Kaliforniyanın məşhur avtomobil layihəsi olan "LA Auto Show"-da təqdim ediləcək. Hazırlanan ilk modelin üzərində Nissan Altima modelinin dizaynerləri ilə "Lucasfilm" çəkiliş heyətini birlikdə çalışıb. Nissan "TIE Fighter" modelinin siqnal səsi silah atışması effektində yığılıb.

http://fakty.ictv.ua/wp-content/uploads/2017/11/29/8-2.jpg

Bundan əlavə, avtomobilin təkərlərində normal disklərdən fərqli olaraq, çanaq anten dizaynında xüsusi rənglənmiş disklər yerləşdirilib. Avtomobilin bu buraxılışı şirkət tərəfindən xüsusi olaraq "Ulduz müharibəsi" layihəsinin 8-ci seriyasına həsr edilib. Hələki avtomobilin satış qiyməti haqqında heç bir məlumat verilməyib.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh