Sərhədimizdə aeroport olacaq

Yeniliklər 19 Dekabr 2014 14:03 Oxunub 1386
Sərhədimizdə aeroport olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni hava limanı İranın Azərbaycanla sərhədində inşa ediləcək

"İranın Azərbaycanla sərhədində olan Araz azad ticarət-sənaye zonasında böyük bir hava limanı inşa edəcək". Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Araz azad ticarət-sənaye zonası təkilatının baş direktoru Möhsün Xadim Ərəbbaği deyib. O bildirib ki, yeni hava limanı iki il ərzində inşa ediləcək. Ərəbbaği qeyd edib ki, yeni hava limanı İran və Azərbaycan arasındakı əməkdaşlığın bir göstəricisi olacaq: "Azad ticarət-sənaye zonasındakı fəaliyyətə əhəmiyyətli qatqı edəcək". Yeni havalimanı 300 hektarlıq bir ərazidə inşa ediləcək və iri tutumlu təyyarələr bura rahatlıqla eniş edə biləcək.

Qeyd edək ki, İran və Azərbaycan arasındakı iqtisadi zona 9 il əvvəl təsis edilib. Ümumilikdə 53 min hektarlıq bir ərazini əhatə edən Araz azad ticarət-sənaye zonası Culfa şəhərindən başlayaraq Xudafərin, Cananlı və Qulubəyli kəndlərinə qədər uzanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh