Formula 1 yarışlarında azərbaycanlı pilotu nə vaxt görə biləcəyik...

Yazarlar 1 Dekabr 2017 11:34 Oxunub 1391
Formula 1 yarışlarında azərbaycanlı pilotu nə vaxt görə biləcəyik...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda vəziyyət ürəkaçan deyil”

2015-ci ildən etibarən Azərbaycanda Formula 1 yarışları keçirilir. Dünyanın tanınmış Formula 1 pilotlarının Bakıya gəlişi əlbəttə ki, böyük idman hadisəsidir. Yarışların Bakıda keçirilməsinə baxmayaraq, hələ ki, Azərbaycanən bu idman növündə yüksək səviyyədə çıxış edə biləcək idmançısı yoxdur.

 

Nə vaxtsa Formula 1 yarışlarında azərbaycanlı pilotu görə biləcəyikmi?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib ki, Formula 4 yarışlarında Gülhüseyn Abdullayev Azərbaycanı təmsil edir.

“Onun Formula 3 yarışlarında nəticələri bir az aşağı olsa da, Formula 4-də qənaətbəxşdir.  Ola bilər ki, Gülhüseyn  bu il yenə hansısa seriyada çıxış etsin”.

R.Əliyev deyib ki, Formula idman növünə hazırlıq uşaq yaşlarından başlamalıdır.

 

“Uşaq yaşlarından kartinq sürməyi mükəmməl öyrənmək lazımdır. Daha sonra dünyada peşəkar təcrübəsi olan ölkələrdə təlimlərə gedib, orada kartinq yarışlarında iştirak etmək vacibdir. Bütün bunlar böyük vəsait tələb edir. Çox təəssüf ki, Azərbaycanda nə uşaq yaşlarından, nə də yeniyetməlik yaşlarından bu sahəyə maraq göstərilir. Bəlkə Formula yarışlarının Azərbaycanda keçirilməsindən sonra bu sahədə hansısa inkişaf olar. Amma hazırda vəziyyət ürəkaçan deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh