Avtomobillərin icbari sığortası üzrə 84 898 müqavilə bağlanılıb

Avtoxəbər 1 Dekabr 2017 12:25 Oxunub 1075
Avtomobillərin icbari sığortası üzrə 84 898 müqavilə bağlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin oktyabr ayında

Bu ilin oktyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 84 898 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. Avtosfer.az İSB-yə istinadən xəbər verir ki, bunlardan 13 427 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 666 001 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 31%, sığorta haqlarının məbləğində isə 28% artım müşahidə edilib. Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Noyabrın 1-nə qədər kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixə qədər qüvvədədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh