Stüardessanın bir iş günü - VİDEO

Avtosfer TV 2 Dekabr 2017 12:32 Oxunub 1689
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarədə 10 nəfərlik heyət, 233 sərnişin var

Səhər saat 8. Londondakı "Hitrou" beynəlxalq hava limanının 3-cü terminalı. "Virgin Atlantic" aviaşirkətinin stüardessası, 25 yaşlı Emma Eşli qapılardan içəri daxil olur. Onun iş günü başlanır.

Avtosfer.az milli.az-a istinadən bildirir ki, "Virgin Atlantic" aviaşirkəti "Stüardessanın bir günü" (A day in the life of Cabin Crew) adlı video paylaşıb.

Videoda London-Los-Anceles reysi ilə uçan təyyarənin stüard və stüardessalarının bir iş günündən bəhs olunur. Videonun "qəhrəman"ı Emma Eşlidir.

... "Hitrou" limanı. VS7 reysi ilə uçacaq Boeing 787-9 Dreamliner G-VDİA təyyarəsinin 10 nəfərlik heyəti uçuş öncəsi menecer Mark Qallaherin keçirdiyi təlimat toplantısına yığışıblar.

Toplantı başa çatır və uçuş başlanır.

Təyyarədə 10 nəfərlik heyət, 233 sərnişin var.

Avialayner 10 saat 28 dəqiqə uçuşda olacaq.

Uçuş əsnasında stüardessa, İngiltərənin Surrey qraflığının sakini  Emma Eşli sərnişinlərə 400 fincan çay və qəhvə, nahar, qəlyanaltı paylayacaq, 12 min addım atacaq, 7 kilometrlik məsafə qət edəcək.

Bu zaman o, 233 sərnişinə içkilər, qəlyanaltılar, şirniyyat, nahar, çay, qəhvə, dondurma, su, şirə, isti dəsmallar, konfetlər paylayacaq.

 

Daha sonra o, heyət üçün ayrılmış xüsusi çarpayıya uzanıb dincələcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh