"Şəffaf" kuzovlu Jaguar – VİDEO

Avtoxəbər 19 Dekabr 2014 14:07 Oxunub 1562
"Şəffaf" kuzovlu Jaguar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qrup yeni 360 Virtual Urban Windscreen texnologiyasının üstünlüklərini əks etdirən videoçarx buraxıb

Jaguar Land Rover qrupu yeni 360 Virtual Urban Windscreen texnologiyasının üstünlüklərini əks etdirən videoçarx buraxıb. Həmin texnologiya kuzovun dayaqlarını sürücü üçün “şəffaflaşdırır”. Avtosfer.az 4charx.com-a istinadən bildirir ki, sistem dayaqların arxasındakı məkanı çəkmək üçün quraşdırılmış kameralardan və həmin dayaqların içəri tərəfində həmin təsvirlərin əks olunduğu ekranlardan ibarətdir. Qurğu sürücünün başının hərəkət istiqamətini izləyir və bundan asılı olaraq gah sağ, gah da sol dayağı “şəffaflaşdırır”. Bundan başqa sistem tanış olmayan ərazidə sürücünün gedəcəyi yeri təyin etməsini asanlaşdırmaq üçün Follow Me (“Məni izlə”) naviqasiya funksiyası ilə də təchiz edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh