Sərnişin avtobusda pis qoxulu corablarına görə həbs edildi

Maraqlı 2 Dekabr 2017 11:33 Oxunub 1273
Sərnişin avtobusda pis qoxulu corablarına görə həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis həmin şəxsin zaminə buraxıldığını deyib

Corablarından pis qoxu gəldiyinə görə həbs edildi. Maraqlı hadisə Hindistanda baş verib. Avtosfer.az xəbər verir ki, hadisə 27 yaşlı Prakaş Kumar Dehli şəhərinə səyahət edən avtobusda ayaqqabılarını və corablarını soyunduqdan sonra baş verib. Corabların pis qoxusu o dərəcədə kəskin olub ki, sərnişinlər Kumardan onları bir torbaya qoyub bayıra tullamasını xahiş ediblər. Şahidlərin iddialarına görə, o bunu etməkdən imtina edib və bu da mübahisəyə səbəb olub. Nəticədə sərnişinlər sürücüdən avtobusu Hindistanın şimali Himaçal Pradeş ştatında yerləşən polis məntəqəsində saxlamağa məcbur ediblər. Sərnişinlər Kumar barəsində polisə şikayət ediblər. Kumar isə öz növbəsində polisə bildirib ki, onun corablarının pis qoxusu olmayıb və sərnişinlər onunla "heç bir səbəb olmadan" mübahisə yaradıblar.

Polis 27 yaşlı Prakaş Kumarı "ictimai narahatlıq yaratmaq" şikayəti ilə saxlanıldığını və sonradan onu zaminə buraxıldığını deyib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh