Arvadına bahalı avtomobil alan polis işdən qovuldu - VİDEO

Yol polisi 1 Dekabr 2017 17:17 Oxunub 4759
Arvadına bahalı avtomobil alan polis işdən qovuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirliyin araşdırmalarından sonra şəxs işdən azad edilib və haqqında cinayət işi başlanılıb

Rusiyanın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi həyat yoldaşına bahalı avtomobil hədiyyə edən yüksək vəzifəli polis məmurunu işdən qovmaq barədə qərar qəbul edib. Avtosfer.az Sputnik-ə istinadən xəbər verir ki, işdən qovulan şəxs Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bölmələrindən birinin rəhbəri olub. Məlumata görə, noyabr ayında sosial şəbəkələrdə həmin şəxsin bir qıza bəzədilmiş ağ avtomobil hədiyyə etdiyini əks etdirən video görüntülər yer alıb. Sonradan məluam olub ki, polis məmurunun hədiyyə etdiyi şəxs onun sevdiyi qadındır və hədiyyə 8 mart ərəfəsində verilib. Bir müddət sonra həmin qadın açıqlama verərək, polisin rəsmi həyat yoldaşı olduğunu bəyan edib.

Başqırdıstan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərdən sonra araşdırmalara başlayıb. Araşdırmanın nəticəsinə uyğun olaraq polis işdən azad edilib və haqqında cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh