Bakıda yeni qalmaqal – TIR-lar Xəzərdə qalıb

Gündəm 19 Dekabr 2014 14:11 Oxunub 1511
Bakıda yeni qalmaqal – TIR-lar Xəzərdə qalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkmənistana getməli olan TIR-lar Bakı sahilində qalıb

"İstiqamətini İrandan Azərbaycana çevirən TIR-lar Xəzər dənizində problem yaşayır". Bunu Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fatih Şener bildirib. O qeyd edib ki, İranla yaşanan TIR keçid böhranından sonra istiqamətlərini dəyişmək məcburiyyətində qalıblar. Şenerin sözlərinə görə, TIR-lar Türkmənistanın Türkmənbaşı şəhərinə keçmək üçün təxminən 10 gündürki Ro-Ro (təkərli nəqliyyat vasitələrini daşıyan gəmi) gözləyirlər: «Bu marşrutu istifadə etmək istəyənlər Azərbaycan tərəfinin bir an əvvəl bərə səfərlərinə başlamasını istəyir. Məsələ ilə bağlı araşdırmalar apardım. Problemin həlli asandı. Azərbaycan tərəfi səfər üçün Ələt Limanını istifadə etməyə icazə verərəsə hələlik bərələrlə TIR-ları daşıya bilərik".

Fatih Şenerin sözlərinə görə, yeni Ələt limanının işə düşməsi işimizi asanlaşdırıb: "Yüzlərlə vasitə Bakıya girməyəcək. Azərbaycan və Türkmənistan tərəfində limanlar Ro-Ro gəmiləri üçün uyğun hala gələnə qədər TIR-larımız bərələrlə daşına bilər. Biz müraciət etmişik və hazırda cavab gözləyirik", - deyə dərnək sədri bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh