Bu cinayəti tördənlər həbs edilməyəcək - Amma...

Qaydalar 1 Dekabr 2017 23:53 Oxunub 5390
Bu cinayəti tördənlər həbs edilməyəcək - Amma...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə  çıxarılıb. Avtosfer.az xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı bu addımlar atılıb: “Cəzaların İcrası Məcəlləsinə yeni VII-I Fəsli (Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası) əlavə edilir. Belə ki, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan üç gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir.

Azadlığın məhdudlaşdırılması cəzası bu il Cinayət Məcəlləsinə əlavə olaraq qəbul edilib. Yeni cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Cəza 6 aydan 5 ilə qədər hesablanır. Bundan əlavə, Məcəllədə cəza çəkən məhkumlara yeni nəzarət sistemi tətbiq ediləcək. Əlavə edilən yeni 15-1 maddəsinə (Probasiya nəzarəti) görə bu nəzarət – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və realibitasiyasına yönəlmiş kompelks sosial-hüquqi xarakterli tədbirlərə sistemindən ibarətdir.

Deputat S. Novruzov müzakirələr zamanı çıxış edərkən qeyd edib ki, atılan yeni addım ölçülüb biçilməlidir: “Biz nə Avropanın qanunlarını tətbiq etməliyik, nə də Şərqin qanunlarından ikiəlli tutmalıyıq. Bu layihəni komitədə müzakirə edib bura göndərmisiz. Hesab edirəm ki, burda qanun layihəsinin müzakirəsinə ehtiyac yoxdur. Digər deputatlar da fikir bildirməlidir. Əgər vətəndaş görürsə ki, kimsə cinayət törədib və hüquq-mühafizə orqanları müvafiq addımlar atırsa, vətəndaş təskinlik tapır. Lakin müvafiq addım atılmasa vətəndaş özü bu addımı atır. Məsələn, bir adam bir evi 5 adama satır, evi almaq üçün insanlar müəllim, həkim işləyib neçə il pul yığır, həmin pulu mənimsəyənə 8- 9 il cəza verilir. Belə olan halda biz zərərçəkən vətəndaşın hüququnu necə müdafiə edəcəyik? Xarici ölkələrin bu sahədə praktikası var. Məsələn, bir adam digərinə qəza nəticəsində ziyan vurur. Ziyanverən vətəndaş 5 gün işləyib vurduğu maddi ziyanı ödəyir, həftəsonu isə həbsxanada olub cəzasını çəkir. Bizdə də bu sistemə keçməliyik. Hesab edirəm ki, bu qanun layihənin üstündə ciddi işlənilməlidir və yenidən təqdim edilməlidir”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh