Bu küçədə nişanlar sürücüləri çaş-baş salıb – Sola, yoxsa düzünə? FOTO

Yazarlar 2 Dekabr 2017 00:37 Oxunub 1537
Bu küçədə nişanlar sürücüləri çaş-baş salıb – Sola, yoxsa düzünə? FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər burada hansı nişanı üstün tutmalı olduqlarını bilmirlər

Paytaxtın Abdulla Şaiq küçəsində (Statistika idarəsinin yanında) hərəkətin təşkilində olan səhv sürücüləri çaş-baş salıb. Avtosfer.az-ın əməkdaşı həmin əraziyə gedərək bir-birinə zidd olan yol nişanlarının fotoşəkillərini qeydə alıb. Fotolardan aydın şəkildə görünür ki, hərəkət hissəsinin üstünə asılan 5.8.1 zolaqlar üzrə hərəkət istiqaməti nişanında sol iki zolaqlardan ancaq sola dönməyə icazə verilib. Lakin asfaltda sol zolağa nişandakı kimi ancaq sola, onun yanındakı zolağa isə nişandakından fərqli olaraq düzünə və sola - 1.18 nişanlanması çəkilib. Bu isə sürücüləri çaşdırır. Sürücülər həmin zolaqda hərəkət edən zaman hansı nişanı üstün tutmalı olduqlarını bilmirlər.

Yol hərəkətinin təşkili elə ideal vəziyyətdə olmalıdır ki, sürücülər hərəkət edərkən tapmaca tapmaqla məşğul olmadan nişana baxaraq dərhal onun tələbinə riayət etməlidir. Müasir dövrdə yol hərəkətinin təşkilində bu cür səhvlər kənardan gülməli görünür. Çox təəssüf ki, aidiyyatı qurumların əməkdaşları bu cür səhvləri aradan qaldırmağa cəhd göstərmirlər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh