Sürücü ilə DYP əməkdaşı arasında dava

Qəzalar 19 Dekabr 2014 14:55 Oxunub 2085
Sürücü ilə DYP əməkdaşı arasında dava
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, polisin “BMW” markalı xidməti maşınının yan şüşəsini ayağı ilə sındırıb

Son vaxtlar Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücumlarla bağlı xoşagəlməz insidentlərin sayı artıb. Yol hərəkəti qaydalarını pozanların itaətsizliyi ilə bağlı növbəti hadisə Binəqədi rayonunda baş verib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata əsasən, dekabrın 18-də saat 02:00-da Azadlıq prospektində 161 saylı binanın qarşısında DYP və yol patrul xidməti əməkdaşları – müfəttişlər, hər ikisi 1983-cü il təvəllüdlü Abbasəli Ələkbərov və Rauf Bağıyev sərxoş vəziyyətdə “Daewoo” markalı avtomobili idarə edən 1992-ci il təvəllüdlü Bakı sakini Fərmin Firudinoğlunu saxlayıb. Məlumata əsasən, Fərmin Firudinoğlu polislərin tələblərinə məhəl qoymayıb və onlarla dava etməyə başlayıb. Bundan başqa, dava zamanı o, polisin “BMW” markalı xidməti maşınının yan şüşəsini ayağı ilə sındırıb. Avtoxuliqanın artıq polis tərəfindən saxlanıldığı məlumdur. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh