Yol polisi taksi sürücülərindən narazıdır: “Vəziyyətdən sui-istifadə edirlər”

Yazarlar 3 Dekabr 2017 01:54 Oxunub 1739
Yol polisi taksi sürücülərindən narazıdır: “Vəziyyətdən sui-istifadə edirlər”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu o demək deyil ki, polis taksi sürücülərinin qanunsuz fəaliyyətinə göz yumur"

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı hər gün artır, xüsuliə də Bakıda. Taksilərin olması çox yaxşı haldır, ancaq qayda-qanuna riayət olunsa... Taksi sürücülərinin bəziləri avtomobillərini qadağan olunmuş yerlərdə, avtobus dayanacaqlarında saxlayırlar. Onların müştəri axtarışı şəhərdə xüsusən də, pik saatlarda tıxacların yaranmasına səbəb olur. Belə iddialar da var ki, taksi sürücülərinin bu addımı atmasına yol polisi əməkdaşları göz yumur. Bəs görəsən bu iddialarda doğruluq payı nə qədərdir?

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bu iddiaların tamamilə əsassız olduğunu deyərək, qayda pozuntusuna yol verdiyinə görə kifayət qədər taksi sürücüsü məsuliyyətə cəlb olunduğunu bildirib: “Bu o demək deyil ki, polis taksi sürücülərinin qanunsuz fəaliyyətinə göz yumur. Şəhərdə çox sayda dayanacaq var, axı hər dayanacağın yanında bir polis əməkdaşının durması mümkünsüzdür. Taksilərin dayanacaqda və ya başqa yerlərdə durmasının qarşısını almaq üçün o sahədə qayda-qanun yaradılmalıdır. Yol polisinin cərimə yazması ilə bu iş həll olunmur”.

K.Əliyevin sözlərinə görə, müəyyən olunmalıdır ki, Azərbaycanda konkret nə qədər taksiyə ehtiyac var və  həmin taksilərin yerləşməsi üçün xüsusi yerlər ayrılmadır: “Belə olduğu halda nə tıxac yaranacaq, nə də qanunsuz yolla taksi fəaliyyəti göstərənlər olacaq. Buna müvafiq təşkilatlar tərəfindən də nəzarət olunmalıdır, hər şeyi polisin üstünə atmaq düzgün deyil. Biz nə qədər əməkdaş ayırmalıq ki, taksilərlə mübarizə aparsın. Bəs bu qədər nəqliyyat sıxlığı olan yerlərdə hərəkəti tənzimləyən inspektorları biz haradan alaq? Günün pik saatlarında sıxlıq olan yol ayrıclarında işıqforun olmasına baxmayaraq hamısında yol polisi inspektorları dayanıb hərəkəti tənzimləyirlər. Polisin başının sıxlığa qarışmasından kimsə istifadə edib avtomobilini qanunla qadağan olan yerdə saxlayır, digər nəqliyyat iştirakçılarına maneçilik törədir, insanlarda da biraz vicdan olmalıdır. Hər şeyi  nəzarət, cəza ilə etmək olmaz ki... Bütün  bunlarla bağlı maarifləndirici iş aparılmaldır, media da taksi sürücülərinin bu addımları barədə tez-tez yazılar yazmalıdır ki, onlar ciddiliyin fərqinə varsınlar. Özlərinin rahatlıqları üçün bütün nəqliyyatın hərəkətinə maneə törətməli deyillər”

Modern.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh