Anası namaz üstündə olan adam - VİDEO
Maraqlı 19 Dekabr 2014 15:00 1888 dəfə oxunub
Anası namaz üstündə olan adam - VİDEO
O ölümün bir addımlığından keçdi

Bələdiyyə işçilərinin ehtiyatsızlığı və  velosipedçinin səhlənkarlığı ortaya dəhşətli görüntü çıxardı. ALmaniyanın Aşağı Saksoniya əyalətində bir tikilini dağıtmağa qərar verən bələdiyyə idarəsinin təhlükəsizlik tədbiri görməməsi az qala bir sakinin faciəvi şəkildə ölməsinə səbəb olacaqdı. Avtosfer.az Atvxəbər.az-a istinadən xəbər verir ki, Oldenburq şəhərindəki köhnə tikilini dağıtmaq üçün əraziyə ekskavator çağırılıb. Evin böyük bir hissəsini dağıdan ekskavator son zərbəni endirməyə çalışan vaxt divarın yaxınlığında bir velosipedçi peyda olub. Təhlükədən son anda xəbər tutan velosipedçi divarın dibindən qaçmağa çalışıb. Bu vaxt dağılan divar velosipedçidən bir neçə santimetr aralıdan keçib. Xoşbəxtlikdən  uçqun altında heç kim qalmayıb. Bununla belə, təhlükəsizlik tədbirlərinə riayət etməyən bələdiyyə idarəsi yerli mediyanın tənqid hədəfinə çevrilib. Qeyd edək ki, binaların mexaniki yolla dağıdılması prosesində ətrafda tikilinin hündürlüyü  qədər məsafə insanlar və avtomobillərdən boşaldılmalıdır.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh