"Sürücü ikinci cərgədə dayanırsa..." - Vaqif Əsədov

Yol polisi 3 Dekabr 2017 02:23 Oxunub 4756
"Sürücü ikinci cərgədə dayanırsa..." - Vaqif Əsədov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İstəyirsiniz bankdan ödəyin, istəyirsiniz xarici ölkədən"

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov son günlər cərimələrin artırılması ilə bağlı məsələyə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə big.az-a açıqlama verən Vaqif Əsədov cərimələrin artırılmasının prioritet olmadığını bildirsə də, artımın lehinə olduğunu qeyd edib: "Bugünkü gündə tətbiq edilən cəza mexanizmi, cərimələrin manatla ifadəsi tələblərə uyğundur. Belə davam etsə cərimələr artmağa doğrudur. Əgər sürücü imkan olduğu halda yolun kənarında saxlamırsa, yolun ortasında saxlayıb qəza duracaq işıqlarını yandırıb telefonlada rahat danışırsa, adını da qoyursa ki, "bir dəqiqə", o zaman mən cərimənin 2 dəfə qalxmağının tərəfdarıyam. Bu məsələ ilə bağlı cəzalar bir qədər sərt olmalıdır. Sərtlikdən başqa onun icra mexanizmi də olmalıdır.

Piyadalarla bağlı tətbiq olunan cəzaların icra mexanizmi nisbətən zəif olduğundan piyada vurma halları 67 faizə çatıb. Baxmayaraq ki, 84000 piyadanı cəzalandırmışıq. Onların hamısı cəriməsi ödəməyib. Təxminən 44 faizi ödəyib. Onunda mexanizmini güdə bilmərik ki cəzasın ödəsin. Yalnız ölkədən gedəndə deyə bilərik ki, sizin ödənməmiş cəriməniz var. Hər kəs də işləmir ki, cəriməsini iş yerinə göndərək.

Bugünkü gündə cərimələrin artımı haqqında bir məlumatım yoxdur. Lakin artımın lehinəyəm. Biz islam dininə itaət edən vətəndaş kimi cəzanın sərtliyindən ehtiyat edib özümüzü yığışdırırıq. Piyadalar üçün nəzərdə tutulmuş cərimələrə 3 aya kimi faiz gəlir sonra dayandırılır və evinə iş yerinə "bildiriş" gedir. Müasir qanunda cərimənin ödənilməsi qaydası cərimə ödənilməlidi. Əks halda ölkədən çıxışına icazə verilmir. Maksimum 32 manata kimi qalxır".

Həmçinin Vaqif Əsədov bir zamanlar polisin korrupsiyaya yol verə biləcək halların olduğunu bildirsə də hazırda yeni mexanizm vasitəsilə bunun qarşısının alındığını bildirib: "Yol hərəkəti haqqında qanuna dəyişiklik edilməsi günün zamanın tələbindən irəli gəlir. Yəni vaxtilə əldə mobil telefon saxlamaqla 15 manat cərimə nəzərdə tutulmuşdusa, indi konkret rəqəmlər müəyyən edilib. Belə ki, əvvəllər sürücü ilə polis arasında korrupsiyaya imkan verəcək məqamlar var idi, indi isə konkret 50 manatdır. Əvvəllər polis cəriməni yerindəcə sürücüdən alırdı. İndi isə texnologiya inkişaf edib, protokol tərtib edilir, istəyirsiniz bankdan ödəyin, istəyirsiniz xarici ölkədən".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elxan 3 Dekabr 2017 22:27
Vaqif müəllimə bir şey demək istəyirəm.Əllərində siqaret qolunu çölə çıxaranlara da cərimə tətbiq etmək lazımdır.Sürücü hətta arxada oturan da qollarını çölə çıxarıb maşını idarə edib təhlükə yaradırlar.