Səbail polisində veteranlarla gənc əməkdaşların görüşü oldu - FOTO

Yol polisi 3 Dekabr 2017 06:23 Oxunub 6013
Səbail polisində veteranlarla gənc əməkdaşların görüşü oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polkovnik Şəmşir Kazımov: “Onlara həmişə ehtiyacımız var”

Dekabrın 2-də Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə polis veteranlarıyla gənc əməkdaşların görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan RPİ-nin rəisi, polis polkovniki Şəmşir Kazımov bu gün cəmiyyətimizdə polis veteranlarının təcrübəsinə, onların yardımına böyük ehtiyacın olduğunu xatırlatdı. Dedi ki, məktəblərdə, əmək kollektivlərində paytaxtda və yerlərdə narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən tədbirlərdə veteranların verdiyi dəstək əldə olunan nailiyyətləri daha da davamlı edir.

İdarə rəisi, həmçinin ilin müvafiq dövrü ərzində Səbail rayonunda törədilmiş cinayətlərdən 130-nun məhz veteranların iştirakı ilə açıldığını bildirib.

DİN Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Ramiz Axundov respublikamızda polis veteranı hərəkatını gücləndirmək, ölkədə əmin-amanlığın qorunmasını, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təmin etmək, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşmasındai ştirak etmək, onların təcrübəsindən yararlanmaq, eləcə də onların öz problemlərinin həllində kömək göstərmək məqsədilə görülən tədbirlərin DİN rəhbərliyinin xüsusi nəzarətində olduğunu diqqətə çatdırdı. O, gənc əməkdaşlara qarşıya çıxan çətinliklərdən qorxmamağı, vətəndaşlarla münasibətdə səmimi olmağı, qanunun tələblərinə ciddiş əkildə əməl etməyi, ən ümdəsi,Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə etdi.  

Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov ölkəmizdə gənclərin sağlam, intellektual səviyyəli inkişafının həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunduğuna diqqət çəkərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və dövlətçiliyə sədaqət ruhunda yetişməsi üçün polis veteranlarının da üzərinə böyük məsuliyyətdü şdüyünü bildirdi. 

O, həmçinin polis orqanları rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açdı və yaradılmış şəraitdən, ali diqqət və qayğıdan xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında yararlanmalarını arzuladı. 

Səbail Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Məmməd Qədimov veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlməsini gələcək uğurlara yol açacağına, daxili işlər orqanları əməkdaşlarının, xüsusən də gənclərin işində dönüş yaradacağına əminliyini ifadə etdi. 

Tədbirə yekun vuran rəis Şəmşir Kazımov daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarını vurğuladı.

Yeri gəlmişkən, tədbirdə Polis Akademiyasının 5-ci kurs müdavimləri də iştirak edirdilər.

Sonra veteranlarla gənc polis əməkdaşları and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət etdilər, azadlığımız uğrunda canlarını fəda edən oğul və qızlarımızın məzarları önünə tər çiçəklər düzdülər.

 

Hafiz Təmirov,

Foto: Zeyni Hüseynov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh