GMC-nin ən bahalı variantı - FOTO

Avtoxəbər 3 Dekabr 2017 12:00 Oxunub 1922
GMC-nin ən bahalı variantı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil həm arxa, həm də tam çəkişli transmissiya ilə təklif olunur

GMC şirkəti Los-Anjeles avtosalonunda yenilənmiş ramalı Yukon yolsuzluq avtomobilinin dəbdəbəli Denali Ultimate Black Edition modifikasiyasını təqdim edib. Yeni modifikasiya kuzovun eksklyuziv “qara oniks” rənginə, 22-düymlük təkər disklərinə və 10-pilləli avtomatik ötürmələr qutusuna sahib olub.

GMC Yukon Denali Ultimate Black Edition alüminium qarışığından bloku olan, 426 at qüvvəsi və 624 Nm fırlanma  anı hasil edən 6.2-litrlik EcoTec3 V8 mühərriki ilə də təchiz edilir. Avtomobil həm arxa, həm də tam çəkişli transmissiya ilə təklif olunur.

Ofroderin təchizatın elektrik ötürməli lyuk, arxa sərnişinlər üçün multimedia sistemi, elektrik ötürməsi ilə hərəkət edən ayaqaltılar, sınan şüşə və salona sanksiyasız giriş haqqında xəbərdarlıq edən sistem daxildir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh