Ağstafada toydan sonra vay düşdü - 6 yaşlı uşağı maşın vurdu

Qaydalar 4 Dekabr 2017 01:45 Oxunub 1349
Ağstafada toydan sonra vay düşdü - 6 yaşlı uşağı maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə şadlıq sarayının önündə baş verib

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü rayon sakini Turan Naib oğlu Muğalov Heydər Əliyev küçəsində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. Hadisə şadlıq sarayının önündə baş verib. İlkin məlumatlara görə, qonaqlar toy şənliyindən evə gedən zaman uşaq yola çıxıb. Bu məqamda onu avtomobil vurub.

Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh