«Qiymətlər qalxmayacaq» - Sərnişinlərə söz verildi

Yeniliklər 19 Dekabr 2014 16:19 Oxunub 1681
«Qiymətlər qalxmayacaq» -  Sərnişinlərə söz verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bayram günlərində heç bir qiymət artımı olmayacaq»

“Bakı Beynəlxalq Avtovağzalı dekabr ayının 27-dən başlayaraq yanvar ayının 5-dək gücləndirilmiş iş rejimində çalışacaq”. Avtosfer.az bunu azvision.az-a açıqlamasında avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, bayram günlərində heç bir qiymət artımı olmayacaq və bununla bağlı nəzarət gücləndiriləcək. “Qiymətlər bayram günlərində də əvvəl olduğu kimi olacaq”. Növbə rəisi bildirib ki, bütün istiqamətlərdə avtobusların sayı artırılacaq: “Bayram ərəfəsində sıxlıq müşahidə olunur. Bütün istiqamətlərdə sıxlıq müşahidə olunduğundan hər bir istiqamətdə avtobusların sayı artırılacaq. Bayram günlərində əlavə avtobusları xətlərə buraxacyıq”-deyə M.Abdullayev vurğulayıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh