Azərbaycanda "avtoş"lardan ibarət toy karvanında görün nələr oldu - VİDEO

Avtoxəbər 4 Dekabr 2017 02:14 Oxunub 2447
Azərbaycanda "avtoş"lardan ibarət toy karvanında görün nələr oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox “VAZ”ların olduğu “'kortej”də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də toy karvanında qaydaları kobud pozan sürücülər var. Hətta bu qayda pozuntusu fonunda avtomobillərin nömrə nişanlarını da xüsusi dəyişikliklər etməklə gizlətməyə çalışırlar. Bu cür sürücülər yollarda qəza şəraiti yaradır, ya da özləri qəzaya düşürlər. Nəticədə də ailənin şad günü kədərli günə dönür. Avtosfer.az xəbər verir ki, belə bir fakt Ağdaş rayonunda olub.

Görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox “VAZ-2107” markalı avtomobillərin yer aldığı “'kortej”də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə 'avtoş''luqlarını nümayiş etdirilər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.

Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşınını bu şəkildə müşayiət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik, yolayrıclarını necə gəldi keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunun kobud qayda pozuntusu olduğunu deyir.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirdilər ki, bu hərəkətlər Ağdaşda deyil, 4 il əvvəl Şamaxıda baş verib və həmin sürücülər elə o vaxt da məsuliyyətə cəlb olunublar: "Təkcə bir faktı qeyd edim ki, dövlət qeydiyyat nömrəsi görünən "VAZ-2107" markalı avtomobil hələ 3 il əvvəl  dövlət qeydiyyatından çıxarılaraq nömrələri təhvil verilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh