Nişan soldan sağa keçirildi - Sürücü yoldakı səhvi düzəltdirdi - FOTO

Xəbərlər 5 Dekabr 2017 12:53 Oxunub 1901
Nişan soldan sağa keçirildi - Sürücü yoldakı səhvi düzəltdirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin səhvini sürücü düzəltdi, amma ona yazılan cərimə ləğv edilmir

Paytaxtın Nizami küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində hərəkətin təşkilində olan səhvi sürücü Yavər Həsənxani görərək onun aradan qaldırılmasına nail olub. Avtosfer.az xəbər verir ki, əslində, həmin yerdə Yavər Həsənxaniyə cərimə yazılıb. Lakin sürücü cərimə ilə razılaşmayaraq şikayət edib və məsələni Avtosfer.az-a bölüşüb. Məlum olub ki, Nizami küçəsinin sol tərəfində quraşdırılan "Stop" nişanı ilə "Sağa məcburi hərəkət istiqaməti" nişanını sürücülər görmədiyi üçün həmin küçədən sağa, yox düzünə hərəkət edən zaman YPX əməkdaşları tərəfindən cərimələnirdilər. 

Bizim ölkədə sağtərəfli hərəkət olduğu üçün yol nişanları hərəkət istiqamətinin sağ tərəfində quraşdırılmalıdır. Sürücü Yavər Həsənxanibu barədə aidiyyatı quruma müraciət edərək hərəkət istiqamətinin sol tərəfində quraşdırılan nişanın sağa köçürülməsinə nail olub. Amma onun barəsində tərdib edilmiş protokola xitam verilməyib: "Mənim şikayətimdən sonra orada düzəliş edilərək həmən yol nişanı qanuna uyğun olaraq yolun sağ tərəfində quraşdırılıb. Amma haqqımda verilən qərar ləğv edilməyib. Qərarın ləğv olunması üçün məhkəməyə müraciət etdim, amma məhkəmə şikayətimi təmin etmədi, qararı qüvvədə saxladı.

Məhkəmə heç bir qanuna istinad etmədən (maddə göstərmədən) hesab etdi ki, yol nişanı yolun hansı hissəsində quraşdırılmasından asılı olmayaraq onun tələbinə riayət edilməlidir".

Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, əgər cərimə nişanların yerləşdirilməsindəki səhvlə bağlıdırsa və sonradan nişanların yeri dəyişdirilibsə, o zaman protokola da xitam verilməlidir: "Vətəndaş haqlıdır. Nişan düz qoyulmayıb və bu səhvə görə sürücü məsuliyyət daşımır. Məhkəmə də kobud səhvə yol verib.

Öz tələbinizi əsaslandırmaqla apellyasiya şikayəti verin. Bu şikayətdə "Yol hərəkəti haqqında" Qanunun 61-ci maddəsinə (VII hissə), 4-cü maddəsinə (2-ci bənd), 7-ci maddəsinə (I h. bənd 2 ), 36-cı maddəyə (h. III) və İXM-də 8-ci maddəyə istinad etmək lazımdır".

 

Təbriz

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh