Azərbaycanda PPX da sürücünü saxlayır və susur – VİDEO

Yol polisi 19 Dekabr 2014 16:52 Oxunub 3823
Azərbaycanda PPX da sürücünü saxlayır və susur – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünü saxlayan polis əməkdaşı onu niyə saxladığını izah edə bilmir

Sosial şəbəkələrdə polis-sürücü münasibətlərinə dair daha bir video yayılıb. Video «Youtube»da dekabr ayında yayılıb. Lakin dəqiq nə vaxt çəkildiyi məlum deyil. Avtosfer.az-ın məlumatına görə, videodan aydın olur ki, rayonların birində Post-Patrul Xidməti əməkdaşı sürücünü saxlayıb. Sürücü də telefonla çəkiliş apararaq həmin polis əməkdaşından nə üçün saxlanıldığını soruşur. Lakin bir neçə dəqiqə ərzində sürücünün təkidinə baxmayaraq, polis əməkdaşı nə özünü təqdim edir, nə də sürücünü nə üçün saxladığını deyir.

Videodan o da məlum olur ki, ərazidə iki DYP avtomobili var. Çəkiliş aparıldığını görən DYP avtomobillərindən biri oradan uzaqlaşır. PPX əməkdaşı isə özünü təqdim etmədən yalnız sürücüyə çəkiliş aparmağın qadağan olunduğunu deməyə çalışır. Sanki, sürücünün qarşısında aciz qalıb.

Avtosfer.az həmin videonu təqdim edir:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elnur 10 Noyabr 2014 22:55
IT EL CEKDI,MOTAL EL CEKMEDI