Yaponiyada sürücüsüz avtobuslar işləyir

Texnologiya 4 Dekabr 2017 10:54 Oxunub 1216
Yaponiyada sürücüsüz avtobuslar işləyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu proqramın həyata keçirilməsinə oktyabr ayında uzunluğu 20 kilometr olan ictimai təyinatlı yolda başlanıb

Yaponiyanın Okinava prefekturasında süni naviqasiya peykləri vasitəsilə idarə olunan sürücüsüz avtobusların sınaqları kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

 

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu proqramın həyata keçirilməsinə oktyabr ayında uzunluğu 20 kilometr olan ictimai təyinatlı yolda başlanıb.

ABŞ-a məxsus qlobal mövqe təyinetmə sistemi ilə əlaqələndirilən “Michibiki” süni peyki nəqliyyat vasitəsinin hərəkəti zamanı yol verilə biləcək yayınmaları 10 metrdən bir neçə santimetrədək azaltmağa imkan verir.

 

Yaponiya Nazirlər Kabineti həmin avtobuslardan 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı istifadə etməyi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh