Bu kənddə yaşayana 43 min manat veriləcək

Maraqlı 4 Dekabr 2017 12:00 Oxunub 3090
Bu kənddə yaşayana 43 min manat veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda bu Alp kəndinin 243 daimi sakini var

İsveçrənin Albinen kəndinə yeni sakinlər cəlb etmək üçün maraqlı təklif irəli sürülüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı keçirilən yığıncaqda yerli kəndlilər 71 səs lehinə, 29-u əleyhinə olmaqla potensial sakinlərə 25 min frank ödənilməsinə razılıq veriblər. Təşəbbüsün müəllifi mer Beat Yost olub. O bununla demoqrafik vəziyyəti dəyişmək niyyətindədir. Hazırda bu Alp kəndinin 243 daimi sakini var. XX əsrin əvvəllərində Albinendə təqribən 400, 2010-cu ildə isə 278 nəfər yaşayıb. Kənddə məktəb yaşlı 7 uşaq var. Orta yaş isə 58-dir. Son 17 il ərzində Albinendə heç bir yeni ev tikilməyib.

Bu gözəl mənzərəli yaşayış məntəqəsi termal və dağ-xizək kurortu olan Lekerbada yaxın məsafədə yerləşir.

Qeyd edək ki, 1 İsveçrə frankı 1.01584 ABŞ dolları və ya 1.7305 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh