Super ayın görüntüləri yayıldı - VİDEO

Maraqlı 4 Dekabr 2017 12:56 Oxunub 1270
Super ayın görüntüləri yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəbəkə istifadəçiləri fenomenin foto və videolarını aktiv şəkildə paylaşıb

Dekabrın 3-dən 4-nə keçən gecə Yer sakinləri super ay adlanan fenomeni izləyə biliblər. Planetimizin peyki maksimal yaxın məsafədən keçib və adi şəklindən iri görünüb. Avtosfer.az xarici KİV-lərə istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri fenomenin foto və videolarını aktiv şəkildə paylaşıb. ABC News telekanalı isə Rod-Aylend şəhərində çəkilən qürubun sürətlənmiş videosunu yayımlayıb.

Qeyd edək ki, Yerin təbii peykinin ellipsvari orbit üzrə hərəkəti zamanı planetimizə maksimum yaxınlaşması - Perigeya nöqtəsinə çatması super ay adlanır. Həmin dövrdə göy cismi adi bədirlənmiş vəziyyətindən 30 faiz daha parlaq və 14 faiz iri görünür. Bundan başqa, bədirlənmiş ay adətən narincı çalarlara bürünür. Bu qış super ay fenomeni daha iki dəfə - yanvarın 2-nə keçən gecə və yanvarın 31-də baş verəcək. Yanvar super ayı tutulma ilə müşayiət ediləcək. Bunu tam şəkildə yalnız Uzaq Şərqdə müşahidə etmək mümkün olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh