Yeni şəxsiyyət vəsiqələrində elektron imzalar olacaq - Nazir müavini

Texnologiya 4 Dekabr 2017 12:58 Oxunub 1471
Yeni şəxsiyyət vəsiqələrində elektron imzalar olacaq - Nazir müavini
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektron xidmətlərdən yeni şəxsiyyət vəsiqələri ilə isitifadə etmək imkanı yaranacaq

Gələn ildən Azərbaycan vətəndaşlarınaveriləcək yeni növ şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Bu elektron imzaların yazılması ödənişsiz olaraq həyata keçiriəcək. Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, elektron xidmətlərdən yeni şəxsiyyət vəsiqələri ilə isitifadə etmək imkanı yaranacaq.

Bildirək ki, həmin şəxsiyyət vəsiqələri 5 il müddətinə verildiyi üçün imzalar da bu müddətdə qüvvədə olacaq. Qeyd edək ki, hazırda ölkədə mövcud olan elektron imzalar 3 illik verilir. ("Report")

ŞƏRH YAZ
Ad

E-mail

Şərh