Bu gün Bakıda tıxac olmayıb

Gündəm 19 Dekabr 2014 17:47 Oxunub 1331
Bu gün Bakıda tıxac olmayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhərinin əsas küçə və prospektlərində sıxlıq müşahidə olunmayıb

Bu gün paytaxtın əsas küçə və prospektlərində sıxlıq müşahidə olunmayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, mərkəz tərəfindən mütəmadi tənzimlənmə işlərinin (işıqforların idarəolunması,sürücülərin məlumatlandırılması və s.) aparılması və Ziya Bünyadov prospektinin istismara verilməsi nəticəsində bu gün səhər saatlarında Bakı şəhərinin əsas küçə və prospektlərində sıxlıq müşahidə olunmayıb.

Qeyd edək ki, Ziya Bünyadov prospektinin əsas yolu bütünlüklə sürücülərin istifadəsinə verilib. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsi açılıb. Bununla da Ziya Bünyadov prospektinin hər iki istiqamətdə əsas yolu açılıb. Hazırda köməkçi yollarda son tamamlanma işləri aparılır.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ilham 10 Noyabr 2014 22:55
1 saatdir Bileceriden Sheher istiqametinde yollarda dehshetli tixacdir. Demek olar ki, hereket dayanib.