Piyadaları vuran sürücünü yaxaladı - VİDEO

Qəzalar 4 Dekabr 2017 15:37 Oxunub 875
Piyadaları vuran sürücünü yaxaladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Piyadalar həmin an yaşıl işıqda yolu keçirdilər”

Dünən Moskvada əslən azərbaycanlı olan Vasif Abışov adlı şəxs xeyli sayda insan tələfatının qarşısını alıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına əsasən, yerli vaxtla 19:45-də Altüfyev şosesində avtomobil yüksək sürətlə gələrək yolu keçən piyadaları vurub və hadisə yerindən qaçıb. Nəticədə dörd nəfər xəsarət alıb. Hadisənin şahidi olan Abışov yeni  qurbanların olmaması üçün cəld öz avtomobili ilə qəzanın səbəbkarının ardınca sürüb. “Piyadalar həmin an yaşıl işıqda yolu keçirdilər. O, insanları yüksək sürətlə vurub hadisə yerindən qaçdı. Həmin an orada məndən savayı heç kim yox idi. Mən cəld qazı basıb onun dalınca sürdüm. Bir az sonra, o, avtomobilini saxlayıb çıxdı və yerə oturdu. Həmin an mən onu yaxaladım. Onu  avtomobilimə oturdub polisə təhvil verdim”, - deyə Abışov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh