Bakıda zəncirvari qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb – FOTO

Qəzalar 19 Dekabr 2014 17:53 Oxunub 1488
Bakıda zəncirvari qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda zəncirvarı yol qəzası baş verib

Avtosfer.az bunu Xətai Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu gün 16.00 radələrində rayon ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nurşirəvan Sahib oğlu Qurbanovun idarə etdiyi “Azsamand” markalı avtomobil sürücüsü məlum olmayan avtomobillərə - “Audi”, BMW, Ford və “VAZ 2107” markalı avtomobillər çırpılıb. Qəza zamanı N.Qurbanov hadisə yerində dünyasını dəyişib, digər avtomobillərdə olan  sərnişinlər, 1988-ci il təvəllüdlü Rəşad Fazil oğlu Hüseynov, 1975-ci il təvəllüdlü Sədaqət Camal qızı Axundova, 1988-ci il təvəllüdlü Sərxan İlqar oğlu Bağırov, 1980-ci il təvəllüdlü Emin Eminəli oğlu Hüseynov muxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh