Mikroavtobusla "Mitsubishi-Pajero" toqquşdu: 1 ölü, 3 yaralı

Qəzalar 5 Dekabr 2017 10:07 Oxunub 752
Mikroavtobusla "Mitsubishi-Pajero" toqquşdu: 1 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Mitsubishi-Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıbAvtosfer.azn APA-ya istinadən verdiyi məlumata görə, qəzada xəsarət alanlardan Masallı rayonunun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızı xəstəxanada ölüb. Qeyd edək ki, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran rayon sakini Rəhimova Tükəz Həbib qızı, Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Qasımova Maral İnşallah qızı və Masallı rayonu Qızılağac kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh