Alimlər ölüm planetini aşkarladı

Maraqlı 5 Dekabr 2017 10:58 Oxunub 1254
Alimlər ölüm planetini aşkarladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Planetin səthində su olmasa da, canlı orqanizmlər üçün zərərli təsirləri olan karbon monoksidlə zəhərlənmiş atmosfer təbəqəsi mövcuddur

NASA-nın mütəxəssislər qrupu elmə məlum olan heç bir canlı orqanizmin yaşaya bilməyəcəyi ölümcül ekzoplanet aşkarlayıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, alimlər “Habl” və “Spitzer” teleskoplarının köməyi ilə Yerdən təxminən 325 işıq ili məsafədə yerləşən WASP-18b planetinin olduğunu müəyyənləşdirib. Planetin səthində su olmasa da, canlı orqanizmlər üçün zərərli təsirləri olan karbon monoksidlə zəhərlənmiş atmosfer təbəqəsi mövcuddur.

 

“WASP-18b-nin tərkibi gözləntiləri doğrultmadı. Atmosferində karbon monoksidin bu qədər üstünlük təşkil etdiyi başqa bir planet barədə məlumatımız yoxdur”, - tədqiqatın iştirakçısı Kayl Şeppard deyib. Qeyd edək ki, bir qədər əvvəl avropalı alimlər ölçülərinə görə Yer kürəsinə bənzəyən və ondan 11 işıq ili məsafədə yerləşən Ross 128b ekzoplanetini aşkar edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh