Yol polisi Ağsuda reyd keçirdi

Avtoreyd 5 Dekabr 2017 16:29 Oxunub 2158
Yol polisi Ağsuda reyd keçirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə sürücü barəsində protokollar tərtib edilib

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə  tədbir keçiriblər. Dekabrın 5-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib. Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir. 

 

Toğrul Nəsirli,

polis leytenantı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh