Üzərində Azərbaycan bayrağı olan ilk qatar Türkiyə ərazisində - FOTO-VİDEO

Yeniliklər 5 Dekabr 2017 19:21 Oxunub 2561
Üzərində Azərbaycan bayrağı olan ilk qatar Türkiyə ərazisində - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30 konteynerdən ibarət birinci qatar Türkiyənin Mersin şəhərinə çatıb

Dekabr ayının 5-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb. Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov məlumat verərək bildirdi ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salındı. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.

 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.
 
Sevinc Qədirova,
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi 
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh