Bakıda 2 "Mercedes" toqquşdu, 5 nəfər öldü - FOTOLAR

Avtoxəbər 5 Dekabr 2017 22:36 Oxunub 1941
Bakıda 2 "Mercedes" toqquşdu, 5 nəfər öldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlər arasında 6 yaşlı uşaq da var

Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölən azyaşlının kimliyi məlum olub. "Report"un məlumatına görə, bu, Hüseynova Sənəm İntamiz qızıdır.  Qəza nəticəsində ölənlərin hamısı Laçın rayon sakinləridir. Qeyd edək ki, hadisə zamanı 5 nəfər ölüb.

***

Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin kimliyi məlum olub. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin əməliyyatı nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

***21:05

Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin hamısı bir ailənin üzvləridir.  Onların arasında 6 yaşlı uşağın da olduğu bildirilir. Ailə üzvləri Ağcabədi rayonundan, yas mərasimindən Bakıya qayıdırmış.

 

***18:55

Bakıda yük maşını minik avtomobili ilə toqquşub. "Report"un məlumatına görə, hadisə Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.  Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.  Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh