Bu sürücünü həm DYP, həm də Baytarlıq Xidməti cərimə edəcək - VİDEO

Qaydalar 5 Dekabr 2017 23:13 Oxunub 1580
Bu sürücünü həm DYP, həm də Baytarlıq Xidməti cərimə edəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sumqayıt yolunda xoşagəlməz mənzərə

Bakı-Sumqayıt yolunda hərəkət edən yük avtomobilindən asılan qoyunların ölü və ya diri olduğu bilinməsə də, heyvanların bu şəkildə daşınması qanun pozuntusudur. Avtosfer.az-ın məlumatına görə, kadrlardan görünür ki, 41 BC 341 dövlət qeydiyyat nişanlı yük avtomobilindən üç qoyun asılaraq aparılır.

Baş Dövlət Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, bu görüntülərdə birmənalı olaraq yükdaşıma qaydaları pozulub. İnzibati Xətalar Məcəlləsinə görə, həmin sürücü 40 manat məbləğində cərimə edilməlidir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyir ki, burada həmçinin heyvanların mühafizəsi haqqında qanunun tələbləri də pozulub.

Qeyd edək ki, baytarlıq haqqında qanunun tələblərini pozan şəxslər 100-200 manat məbləğində cərimə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh