İçərisi sərnişinlə dolu olan avtobusun sürücüsü telefonla danışır - VİDEO

Xəbərlər 6 Dekabr 2017 08:38 Oxunub 1395
İçərisi sərnişinlə dolu olan avtobusun sürücüsü telefonla danışır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm özünü, həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atıb

Sərnişin avtobusunun sürücüsü telefonla danışır. Avtobusun içərisi isə sərnişinlərlə doludur. Görüntülər bu gün sərnişinlərdən biri tərəfindən çəkilərək votsap nömrəsinə göndərilib. Kadrlardan da aydın olur ki, sürücü qaydaları kobud şəkildə pozaraq, sərnişinlərin həyatını risqə atır. Bu zaman baş verə biləcək ani bir diqqətsizlik onlarla sərnişinin həyatı bahasına başa gələ bilər. Araşdırma zamanı məlum oldu ki, kadrlar Əmircan qəsəbəsi ilə metronun Qara Qarayev stansiyası yaxınlığında sərnişin daşıyan 113 saylı marşurut avtobusunda çəkilib. Xəttin kalon rəisi Kamil Məmmədov bildirdi ki, bu onların xəttində baş verən ilk hal deyil. Bir neçə dəfə sürücülər bu kimi qayda pozuntusuna yol verib. Bəzi sürücülər hətta buna görə işdən də çıxarılıb.

Məsələ ilə Bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xəttin müvəqqəti istismarçısı daşıyıcı Agentliyə çağırılaraq anoloji halın baş verməməsi üçün xəbərdarlıq edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh