5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə - Rəsmi məlumat

Qəzalar 6 Dekabr 2017 10:30 Oxunub 2116
5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə - Rəsmi məlumat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyat başa çatıb

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​ APA-nın əldə etdiyi məlumata görə, Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh