"Range Rover" "06"nı bu halda saldı: bir ailədən 4 yaralı - FOTO

Avtosfer Foto 6 Dekabr 2017 14:29 Oxunub 1875
"Range Rover" "06"nı bu halda saldı: bir ailədən 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyçay rayonu ərazisində ağır yol qəzası baş verib

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. “Range Rover” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin üzvləri, İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri - 1962-ci il təvəllüdlü Yediyarov Əlfəddin Qəhrəman oğlu, 1955-ci il təvəllüdlü Yediyarov İzafəddin Qəhrəman oğlu, 1957-ci il təvəllüdlü Yediyarova Gülsənəm Səhrab qızı, 1961-ci il təvəllüdlü Yediyarova Nazeka Əşrəf qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh