"Toyota"nın sürücüsü sükan arxasında yatdı - Görün nələr oldu

Qaydalar 6 Dekabr 2017 15:03 Oxunub 1896
"Toyota"nın sürücüsü sükan arxasında yatdı - Görün nələr oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin gücündən avtomobil bir neçə dəfə aşıb

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş veribAvtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Ağstafa rayonu Qırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində Qırlı kənd sakinləri, 1971-ci il təvəllüdlü Abbasov Şövqü Sovet oğlu və 1988-ci il təvəllüdlü Məsiyev Sərxan Həkim oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

"Report"un məlumatına görə, "Toyota" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri və bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəzaya "Toyota"nın sürücüsünün sükan arxasında yatması səbəb olub. Nəticədə "VAZ"ı vuraraq yol kanarına salıb və zərbənin gücündən avtomobil bir neçə dəfə aşıb. 

Faktla bağlı araşdırma aparılır. 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh