Bir gündə yol qəzalarında 10 nəfər öldü – Ekspert səbəbləri açıqladı

Yazarlar 6 Dekabr 2017 16:40 Oxunub 1480
Bir gündə yol qəzalarında 10 nəfər öldü – Ekspert səbəbləri açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürəti aşağı salın, sərt manevr etməyin, ötmədən və zolaq dəyişmədən çəkinin

Təəssüf ki, yollarımızda qırğınlar davam edir. Bir günə 10 ölüm. Bir hadisədə 5 nəfərin ölməsi isə dünyanın hər yerində medianın diqqətini çəkən faktdır. Allah rəhmət eləsin.

Dünənki bu qırğın yenə də tipik bir şəraiti qabartdı. Həmin faciə qaranlıq vaxtı çiskinli havada avtomobillərin üz-üzə toqquşması ilə baş verib. Sürücülərimizin xeylisi bəsit bir faktı unudurlar. Gecə vaxtı görünmə onsuz da məhduddur. Qarşı-qarşıya hərəkət edən avtomobillərin işıqlarının yaratdığı fon isə görünməni 50%-ə qədər pisləşdirir (gözlərin qamaşması olduqda isə görmə 0-a yaxınlaşır). Bunun üstünə islanmış şüşələri və güzgüləri də əlavə edəndə az qala gözübağlı sürmək kimi bir şey alınır. Ona görə də diqqətli olun, sürəti aşağı salın, sərt manevr etməyin, ötmədən və zolaq dəyişmədən çəkinin, əks istiqamətli zolaqlara keçməyi isə ağlınıza da gətirməyin. Belə şəraitdə hətta ayırıcı xətdən aralı, yolun ən sağı ilə sürün. Dünənki hadisə üz-üzə toqquşmadır, deməli, onlardan biri əks istiqamətli zolağa keçibmiş. Nəticə göz önündədir: bir ailənin 5 üzvü artıq yoxdur...

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh