İki nəfərin ölümündə şübhəli bilinən sürücü tutuldu

Qaydalar 6 Dekabr 2017 23:21 Oxunub 1420
İki nəfərin ölümündə şübhəli bilinən sürücü tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhəmməd Beybudov “Hyundai"la iki qadını vurub öldürüb

Sumqayıt şəhərində iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyundai County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurub, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər. Fakta görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən müvafiq ekspertizalar təyin edilib. M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh