Mingəçevir yolunda ağır qəza - Sürücü yanaraq öldü

Qəzalar 19 Dekabr 2014 22:32 Oxunub 1741
Mingəçevir yolunda ağır qəza - Sürücü yanaraq öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Kamaz»la toqquşan «Mersedes»in sürücüsü yandı

Xaldan-Mingəçevir yolunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Yevlax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 19:30 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb. Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun idarə etdiyi 90-XE-438 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Mingəçevir sakini 1958-ci il təvəllüdlü Süleymanov Zaman Süleyman oğluna məxsus 60-BH-405 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. “Mercedes” markalı minik maşınında qəflətən başlayan yanğın qısa vaxtda avtomobilin bütün hissələrini əhatə edib. Əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Famil İsmayılov yanaraq dünyasını dəyişib. “Kamaz”ın sürücüsü Zaman Süleymanov yüngül bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh