Sürücülər bu yolu 60-la gedib 50 ilə qayıdırlar – Radara düşənlər var – FOTO

Xəbərlər 7 Dekabr 2017 00:47 Oxunub 2080
Sürücülər bu yolu 60-la gedib 50 ilə qayıdırlar – Radara düşənlər var – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkətin bu cür təşkili sürücülərin hüquqlarının pozulması ilə nəticələnə bilər

Sabunçu rayonu Zabrat qəsəbəsinin Şəhər şossesi adlanan yolunda hərəkətin təşkilində olan problemlə bağlı sürücülərdən biri Avtosfer.az-a müraciət edib. Sürücü bildirir ki, qeyd olunan yolda nizmlanmayan piyada keçidi var və şəhər istiqamətində həmin piyada keçidinə yaxınlaşan zaman hərəkət sürəti 60 km/saat sürətdən 50-yə endirilib. Lakin Zabrat istiqamətində hərəkət sürəti 50-yə endirilməyib.

Bir hərəkət hissəsində hər istiqamətə fərqli sürət rejimi tətbiq edilməsi qanun pozuntusudur. Qanunvericilikdə hərəkətin bu cür təşkil edilməsi nəzərdə tutulmayıb və bu cür hərəkətin təşkili sürücülərin hüquqlarının pozulması ilə nəticələnə bilər.

Qeyd edək ki, vaxtlə eyni problem paytaxtın Nobel prospektində də mövcud idi. Sürücülərin şikayəti nəticəsində Nobel prospektindəki 50 km/saat sürət nişanı ləğv edildi.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh