Qayda pozub yolu kəsən sürücü – 90 VD 881 - VİDEO

Avtoreyd 7 Dekabr 2017 08:02 Oxunub 2009
Qayda pozub yolu kəsən sürücü – 90 VD 881 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkəmizdə bu cür təfəkkürdə olan sürücülər çoxdur

Bakıda qayda pozaraq yolu kəsən sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Dekabrın 5-də paytaxtın Ələsgər Ələkbərov küçəsində hərəkət edən sürücü yolun ortasında dayanan 90-VD-881 qeydiyyat nişanlı "KIA" markalı avtomobili görərək onun arxasında dayanıb və işıq siqnalı ilə işarə verib. Ona yoldan kənara çəkilməyini tələb etsə də, yolu zəbt edən sürücü qəza dayanma işıq siqnalını qoşaraq kənara çəkilməyib.

Ölkəmizdə bu cür təfəkkürdə olan sürücülər çoxdur. Onlar avtomobillərini getikləri yerdən 50-100 metr aralıda park edərək piyada getməyi yox, yolun ikinci cərgəsində dayanaraq digər sürücülərə maneə yaratmağı üstün tuturlar. Etdikləri bu hərəkət isə digər sürücülərə qarşı olan hörmətsizliyi ifadə edir.

Bu videoda sürücü pozduğu qaydaya görə 20 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh