İl hələ bitməyib, "yol terroru" 181 nəfərin canını aldı - SON STATİSTİKA

Qəzalar 7 Dekabr 2017 13:29 Oxunub 865
İl hələ bitməyib, "yol terroru" 181 nəfərin canını aldı - SON STATİSTİKA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir”

Bu il yanvarın 1-dən dekabrın 2-dək Bakı şəhəri üzrə 574 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hadisələr nəticəsində 181 nəfər ölüb, 512 nəfər xəsarət alıb. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 20 ölüm, 160 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib: “Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh